...

“Azərikimya” İB-nin Etilen-polietilen zavodunda tibbi aksiya keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2015 12:21 (UTC +04:00)
SOCAR-ın “Azərikimya” İstehsalat Biriliyinin Etilen-polietilen zavodunda Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısının alınması, yoluxma hallarının aşkarlanması, kimyaçıların sağlam və təhlükəsiz həyat tərzi barədə maarifləndirilməsi məqsədilə könüllü müayinə və məsləhət xarakterli aksiya keçirilib.
“Azərikimya” İB-nin Etilen-polietilen zavodunda tibbi aksiya keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

SOCAR-ın "Azərikimya" İstehsalat Biriliyinin Etilen-polietilen zavodunda Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısının alınması, yoluxma hallarının aşkarlanması, kimyaçıların sağlam və təhlükəsiz həyat tərzi barədə maarifləndirilməsi məqsədilə könüllü müayinə və məsləhət xarakterli aksiya keçirilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən kimyaçılara "İİV və QİÇS nədir və bu xəstəliklərə necə yoluxmaq olur?", "İİV və QİÇS-dən qorunmanın yolları" haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu xəstəlik zamanı İİV virusu insanın müxtəlif infeksiyalara müqavimətini təmin edən immun sistemini mərhələlərlə zədələyərək tamamilə sıradan çıxarır və nəticədə Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) əmələ gəlir. QİÇS-in inkişaf etməsi insanda müxtəlif infeksiyaların və ya onkoloji xəstəliklərin yaranması ilə özünü büruzə verir.

Bütün dünyada İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxanların 50 faizinin 15-25 yaş arası gənclərin təşkil etməsi faktı vurğulanıb.

Maarifləndiricı tədbirdən sonra Etilen-polietilen zavodunun 150 nəfərə yaxın işçisi könüllülük prinsipi əsasında, anonim qaydada və pulsuz Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tibbi briqadası tərəfindən ekspress-testdən keçirilib.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti