...

Kəmaləddin Heydərovla görüşmək istəyənlərin nəzərinə

Cəmiyyət Materials 28 Avqust 2015 10:50 (UTC +04:00)
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər şəhərində vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərovla görüşmək istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 avqust 2015-ci il tarixində saat 11:00-dan Tərtər şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Tərtər, Bərdə və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzində (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 14) 30 avqust 2015-ci il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Nazirlə görüşmək istəyənlər (12) 512-01-14 nömrəli telefonla və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti