...

Bolqarıstanda “Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış" toplantısı keçiriləcək

Cəmiyyət Materials 28 Avqust 2015 15:48 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış” adlı toplantı keçirəcək.
Bolqarıstanda “Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış" toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış" adlı toplantı keçirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 8-9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bolqarıstan prezidenti Rozen Plevneliyevin himayəsi ilə "Avropanın qonşuluq və əməkdaşlığında yeni baxış" mövzusunda 6-cı Ali səviyyəli toplantısını keçirəcək. Toplantı Diasporla İş üzrə Dövlət Komitəsi və Bolqarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Sofiyada keçiriləcək.

UNESCO-nun baş direktoru İrina Bokova çox sayda ölkə və hökumət başçısının, nüfuzlu beynəlxalq simaların və təşkilatların, ictimai sektorun təmsilçilərinin qatılacağı toplantının bu gün dünya üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: "Hazırda dünyanı narahat edən qlobal problemlərin həlli üçün vahid yanaşmanın müzakirə olunmasına, dayanıqlı sülh mədəniyyətinin yaradılmasına ehtiyac var. Buna təkcə Avropada deyil, bütün dünyada acıq dialoq və qarşılıqlı hörmətlə əldə etmək olar."

Ərəb Liqasının sabiq Baş katibi (2001-2011) Amr Mussa isə deyib ki, bu toplantı Avropada baş verən son hadisələr fonunda qitədəki siyasi əməkdaşlığın yaşadığı böhranı müzakirə etmək üçün önəmli şansdır.

IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan toplantıda Rozen Plevneliyev, Bolqarıstan prezidenti Gjorge İvanov, Makedoniya prezidenti Mladen İvanic, Bosniya və Herseqovina prezidenti Bronoslav Komorovski, Polşa, Andorra, Albaniya, Belçika, Bolqarıstan, Boliviya, Bosniya və Herseqovina, Estoniya, Misir Ərəb Respublikası, Kanada, Xorvatiya, Ukrayna, Latviya, Finlandiya, Kolumbiya, Serbiya, Slovakiya, Sloveniya, Avstriya, Rumıniyanın sabiq prezident və baş nazirlərinin iştirakı nəzərdə tutulub.

Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis olunmasının 3 illiyi də qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti