...

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyətinə az qaldı (FOTO)

Cəmiyyət Materials 28 Avqust 2015 16:02 (UTC +04:00)
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində son tamamlanma işləri görülür.
Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyətinə az qaldı (FOTO)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Elmir Murad/

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində son tamamlama işləri aparılır. "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti"nin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir.

Məlumatda qeyd olunur ki, Sumqayıt baş stansiyasına daxil olmadan sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşu davam edir. Bu gün 600 metr yol qoyulacaq. Bununla yanaşı Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda da bəzi tamamlama işləri görülür. Belə ki, Sumqayıt sərnişin stansiyasının söküntüsü davam edir. Köhnə binanın yerində müasir standartlara uyğun ikimərtəbəli stansiyanın inşası planlaşdırılır.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 61 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti