...

Yaxın günlərin hava durumu: Yağış, külək, qeyri-sabit

Cəmiyyət Materials 29 Avqust 2015 10:46 (UTC +04:00)
Azərbaycan sinoptikləri qeyri-sabit hava şəraitinin azı daha iki gün davam edəcəyi barədə xəbərdarlıq yayıb.
Yaxın günlərin hava durumu: Yağış, külək, qeyri-sabit

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan sinoptikləri qeyri-sabit hava şəraitinin azı daha 2-3 gün davam edəcəyi barədə xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 1-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-dək hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Maksimal temperatur 28 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 1-dək əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti