...

Avropa paytaxt polis rəislərinin 37-ci konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 29 Avqust 2015 22:18 (UTC +04:00)
Avropa paytaxt polis rəislərinin 37-ci konfransının iştirakçıları avqustun 29-da Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Avropa paytaxt polis rəislərinin 37-ci konfransının iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Avropa paytaxt polis rəislərinin 37-ci konfransının iştirakçıları avqustun 29-da Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, milli tarixi və mədəniyyətimizin tanıdılması istiqamətində fəaliyyət göstərir. Mərkəz hazırda həm binasının memarlıq xüsusiyyətləri, həm də geniş əhatəli beynəlxalq fəaliyyəti ilə dünyada tanınır.

Qonaqlar əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək Azərbaycana rəhbərlik etdiyi dövrlərdə onun xidməti istifadəsində olan avtomobillərə baxıblar. Məlumat verilib ki, Heydər Əliyev Muzeyi yaradılarkən burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əksini tapmasına xüsusi diqqət yetirilib. Bu gün muzey, eyni zamanda, Heydər Əliyev irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra polis rəisləri Mərkəzdə nümayiş etdirilən "Azərbaycan inciləri: tarixin axarında" sərgisinə tamaşa ediblər. Məlumat verilib ki, Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi və mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.

"Mini Azərbaycan" sərgisi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, ekspozisiyada Bakıdakı və Azərbaycanın regionlarındakı tarix-memarlıq abidələrinin və bəzi müasir binaların maketləri nümayiş olunur. Sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır.

Konfrans iştirakçıları Mərkəzin xatirə kitabına ürək sözlərini yazıblar. Qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılan Mərkəz ilə tanışlıqdan məmnun olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti