...

ƏƏSMN-in daha iki Tibbi-Sosial Ekspert Komissiyası üçün müasir iş şəraiti istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 31 Avqust 2015 10:38 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlərin davamı olaraq Qazax və Ağstafa rayonları üzrə 27 saylı, Şəmkir və Gədəbəy rayonları üzrə 29 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunublar.
ƏƏSMN-in daha iki Tibbi-Sosial Ekspert Komissiyası üçün müasir iş şəraiti istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlərin davamı olaraq Qazax və Ağstafa rayonları üzrə 27 saylı, Şəmkir və Gədəbəy rayonları üzrə 29 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, əvvəllərdə TSEK-lər daimi inzibati binaları olmadığına görə ayrı-ayrı yerlərdə, müxtəlif təşkilatlara məxsus binalarda, uyğun olmayan şəraitdə yerləşirdilər və tibbi-sosial ekspertizanın aparılması üçün müasir avadanlıqlara da malik deyildilər.

Ötən ilin ortalarından artıq bu çətinliklər aradan qaldırılır və nazirliyin 38 TSEK-indən artıq 30-a yaxını yeni inzibati binalarda müasir iş şəraiti və ekspertiza avadanlıqları ilə təmin edilib. Belə şərait təbii ki, komissiyalarda əhaliyə layiqli səviyyədə xidmət göstərməyə, əlillik müayinələrinin normal şəkildə aparılmasına imkan verir. Qısa müddətdə digər TSEK-lərdə də belə şərait yaradılacaq.

Tibbi-sosial ekspertiza sisteminin avtomatlaşdırılması sahəsində görülən işlər də diqqətə çatdırılıb. Qeyd olunub ki, tətbiq olunan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinəsi ilə bağlı səhiyyə müəssisələri və TSEK-lər arasında elektron məlumat mübadiləsinə şərait yaradıb. Bu da əlillik müayinəsinin aparılması ilə bağlı vətəndaşla məmur arasında təmasların xeyli azalmasını, tibbi-sosial ekspertiza xidmətində müasir iş üsullarının formalaşmasını şərtləndirir. Görülən işlərin müsbət nəticələri kimi, bir tərəfdən əlilliyi olan şəxslər arasında reabilitasiya göstəriciləri yüksəlib, digər tərəfdən isə əlillik və reabilitasiya məsələləri ilə əlaqədar nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalıb.

Tədbirlərdə TSEK-lərin yeni iş şəraitləri və tibbi ekspertiza avadanlıqlarına baxış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti