...

Sabahdan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Cəmiyyət Materials 31 Avqust 2015 15:55 (UTC +04:00)
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 3 sentyabr saat 23:59-dək ixtisas seçimi aparılacaq.
Sabahdan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Elmir Murad/

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 3 sentyabr saat 23:59-dək ixtisas seçimi aparılacaq.

Bunu Trend-ə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından bildiriblər. Məlumata görə, müsabiqə 2015-ci ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə 2015-ci il iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2015-ci ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti