...

Trend "Lider" TV-nin 15 yaşını təbrik edir

Cəmiyyət Materials 1 Sentyabr 2015 18:16 (UTC +04:00)
Teleşirkət haqlı olaraq yüksək peşəkar kollektivi ilə fəxr edir və televiziyanın müxtəlif sahələrində gənc kadrlar yetişdirir.
Trend "Lider" TV-nin 15 yaşını təbrik edir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bu gün Azərbaycanın ən iri teleşirkətlərindən biri "Lider" TV-nin 15 yaşı tamam olur. Səhər saatlarından bir çox bayram verilişləri və təbriklər, sosial şəbəkələrdə müsbət rəylər və gələcək uğrurların arzu edilməsi.

"Lider" TV 15 il əvvəl - 2000-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb və həmin tarixdən etibarən müasir teleməkanın lidelərindən biridir. Həmişə hər bir Azərbaycan ailəsində maraqlı, rəngarəng, operativ, orijinal, ən arzu edilən qonaqdır!

"Lider" TV fəaliyyəti dövründə təkcə yerli teleməkanda qabaqcıl mövqe tutmur, həm də xarici auditoriya arasında populyar və tələbatın olduğu Azərbaycan telekanalları sırasında birinciliyini qoruyur.

"Lider" TV 24 saat ərzində Azərbaycan ərazisində, peyk vasitəsilə isə dünyanın bir çox ölkələrində yayımlanır. "Lider" TV-nin əsas kriteriyaları xüsusi, peşəkar və müxtəlif verilişlərin hazırlanması, milli dəyərlərin, musiqinin, mədəniyyətin, incəsənətin, idmanın, ictimai həyatın təbliğ edilməsi, obyektiv və operativ informasiyanın ictimaiyyətin diqqətinə çatdırılmasıdır ki, bunun sayəsində tamaşaçılar Azərbaycan və onun hüdudlarından kənarda baş verən vacib hadisələr haqqında tam məlumat əldə edirlər.

"Lider" TV-nin verilişləri geniş auditoriyaya hesablanıb, telekanalın layihələri isə həmişə müasir televiziyanın inkişafına yenilik gətirir. Çoxsaylı və maraqlı intellektual layihələr, özünün istehsal etdiyi seriallar, uşaq və əyləncə verilişləri, idman verilişləri, informasiya buraxılışları və müxtəlif teleşoular çoxmilyonlu televiziya auditoriyası tərəfindən sevilir.

Əlbəttə ki, efir məkanında kinoya böyük pay ayrılır. Populyar əcnəbi bədii filmləri sevənlər həmişə xoşladıqları kinonu burada tapa bilərlər. Və ən əsası keyfiyyətli təsvir, səs və dublyaj ilə.

Ciddi siyasi verilişləri sevənlər üçün telekanalın əməkdaşları tərəfindən bir sıra analitik proqramlar hazırlanır. Bununla belə, hər bir yerli telekanal özünün ekspert qrupu ilə öyünə bilməz.

Teleşirkət haqlı olaraq yüksək peşəkar kollektivi ilə fəxr edir və televiziyanın müxtəlif sahələrində gənc kadrlar yetişdirir.

Trend-in kollektivi adından "Lider" TV-ni 15 yaşını təbrik edir, yaradıcılıq işində uğurlar, yeni müvəffəqiyyətlər arzulayırıq və əmin olduğumuzu bildiririk ki, "Lider" TV-nin Azərbaycan teleməkanında öz iştirakı ilə bizi hələ çox sevindirəcək yeni maraqlı layihələrinin şahidi olacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti