...

BDU müəllimləri Türkiyə səfərindən qayıdıblar (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2015 18:06 (UTC +04:00)
Bakı Dövlət Universiteti (BDU) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən, Jurnalistika fakültəsinin bir qrup müəllimi Radio və televiziya jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimovanın rəhbərliyi ilə 17-27 avqust tarixlərində Türkiyədə səfərdə olublar.
BDU müəllimləri Türkiyə səfərindən qayıdıblar (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bakı Dövlət Universiteti (BDU) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən, Jurnalistika fakültəsinin bir qrup müəllimi Radio və televiziya jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimovanın rəhbərliyi ilə 17-27 avqust tarixlərində Türkiyədə səfərdə olublar.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov səfərdən dönən nümayəndə heyətini qəbul edib. Görüşlər barədə ətraflı məlumat verən dosent A.Kərimova bildirib ki, nümayəndə heyəti səfər müddətində dövlət universitetlərindən İstanbul, Qazi və Ankara, o cümlədən Bahçeşehir, Yeditepe, Kadir Has və Başkent kimi özəl universitetlərdə olublar. Adıçəkilən universitetlərin rektorları, iletişim fakültələrinin rəhbərləri və müəllimlərlə keçirilən görüşlərdə tədris proqramları, fənnin tədris metodikası müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri təhlil edilib. Müəllimlər, həmçinin bu ali təhsil ocaqlarının maddi-texniki bazası, iletişim fakültələrinin teleradio, foto, dizayn studiyaları ilə yaxından tanış olublar.

Rektor, akademik A.Məhərrəmov nümayəndə heyətinin keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edərək bütün bunların jurnalistika fakültəsində aparılacaq islahatlara müsbət təsir göstərəcəyini qeyd edib.

Xatırladaq ki, nümayəndə heyəti səfər zamanı, həmçinin TRT-nin İstabul və Ankara bürolarında, "Anadolu" agentliyində olub, Qazi Universitetində TRT-nin baş direktoru Şenol Göka, Qazi Universitetinin rektor köməkçisi Mehmet Türker və universitetin İletişim fakültəsinin dekanı Zakir Avşarın iştirakı ilə keçirilən konfransa da qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti