...

ƏƏSMN-nin 142 - “Çağrı mərkəzi” 9 minə yaxın müraciəti cavablandırıb

Cəmiyyət Materials 2 Sentyabr 2015 10:22 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi” tərəfindən cari ilin avqust ayında 8897 müraciət cavablandırılıb.
ƏƏSMN-nin 142 - “Çağrı mərkəzi” 9 minə yaxın müraciəti cavablandırıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - "Çağrı mərkəzi" tərəfindən cari ilin avqust ayında 8897 müraciət cavablandırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlərin 3702-i (41,6%) sosial təminat, 2104-ü (23,6%) əmək qanunvericiliyi, 1433-ü (16,1%) ƏƏSMN elektron xidmətlərindən istifadə, 943-ü (10,6%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 715-i (8%) məşğulluq məsələlərinə aid olub. Daxil olan müraciətlərin 92,2 faizi nazirliyin səlahiyyət dairəsinə dair məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb və sorğulara cavab olaraq vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. 691 müraciətdə əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələləri, təklif və şikayətlər əksini tapıb və onlar müraciət vərəqəsi tərtib olunmaqla araşdırılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Avqust ayında "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı əvvəlki iyul ayı ilə müqayisədə 8,4 faiz, o cümlədən sosial təminat məsələləri üzrə 11,7 faiz, əmək qanunvericiliyinə əməl olunması məsələləri üzrə 10,2 faiz, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə isə 18,4 faiz, məşğulluq məsələləri üzrə 1,6 faiz azalıb.

ƏƏSMN-nin elektron xidmətlərindən istifadə ilə bağlı müraciətlərin sayı isə 10,6 faiz artıb ki, bu da nazirliyin e-xidmətlərindən faydalanmaq istəyənlərin sayının getdikcə artdığını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti