...

Heydər Əliyev Fondunun dəstəyi ilə Balakəndə inşa edilən bağçanın tikintisi başa çatıb

Cəmiyyət Materials 2 Sentyabr 2015 19:50 (UTC +04:00)
Uşaq bağçası binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Heydər Əliyev Fondunun dəstəyi ilə Balakəndə inşa edilən bağçanın tikintisi başa çatıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində Balakən şəhərində inşa edilən 100 yerlik uşaq bağçasının tikintisi başa çatıb.

Trend Fondun saytına istinadən məlumat verir ki, şəhərin Məhəmməd Əsədov küçəsində inşa edilən iki mərtəbəli binanın tikintisinə cari ilin martında başlanılıb. Milli memarlıq üslubunda tikilən bina küçəyə xüsusi yaraşıq verir. Bağça binasında yataq, məşğələ və oyun otaqları, musiqi zalı, mətbəx, yeməkxana yerləşir. Binanın həyətində yanğın əleyhinə və içməli su çənləri qoyulub, transformator, nasosxana quraşdırılıb. Həyət tam abadlaşdırılıb, uşaqlar üçün istirahət guşələri yaradılıb.

Uşaq bağçası binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti