...

Bakıda 20 saylı məktəbin tikintisi üçün yeni layihəyə start verildi

Cəmiyyət Materials 3 Sentyabr 2015 11:32 (UTC +04:00)
Bakıda sökülən 20 saylı məktəbin yerində müasir tələblərə uyğun 5 mərtəbədən ibarət yeni məktəb binası inşa olunacaq.
Bakıda 20 saylı məktəbin tikintisi üçün yeni layihəyə start verildi

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakıda sökülən 20 saylı məktəbin yerində müasir tələblərə uyğun 5 mərtəbədən ibarət məktəb-liseyin yeni binası inşa olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, indiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən isə 2 milyon manat ayrılıb.

Məlumatda qeyd olunur ki, bu günədək məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. Hazırda yeni məktəb-liseyin binasının layihəsində bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəb-liseyin tikinti işləri davam etdiriləcək. Hazırda 20 nömrəli məktəb-liseyin 2830 şagirdı paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.

Qeyd edək ki, 25000 kvadratmetr sahəsi olacaq 3000 şagird yerlik 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti