...

Bakıda müəllimlərin dərs bölgüsünü Təhsil Nazirliyi aparır?

Cəmiyyət Materials 3 Sentyabr 2015 11:43 (UTC +04:00)
Yeni tədris ilindən etibarən ümumtəhsil məktəblərində müəllimlərin dərs bölgüsü Təhsil Nazirliyi tərəfindən aparılacaq.
Bakıda müəllimlərin dərs bölgüsünü Təhsil Nazirliyi aparır?

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elmir Murad/

Yeni tədris ilindən etibarən ümumtəhsil məktəblərində müəllimlərin dərs bölgüsü Təhsil Nazirliyi tərəfindən aparılacaq. Trend-in əldə etdiyi məlumata görə, bölgü müəllimlərin stajına uyğun tənzimlənəcək.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Arzu Tairquliyeva qeyd edib ki, dərs bölgüsü ilə əlaqədar dəyişiklik olmayıb.

Onun sözlərinə görə, əvvəllər müəllimlərin dərs bölgüsü hansı meyarlarla aparılırdısa, bu il də həmin qaydada həyata keçiriləcək: "Ümumtəhsil məktəblərində dərs bölgülərinin aparılması məktəb direktorları tərəfindən müəllimlərin Sınaq Qiymətləndirilmədə göstərdikləri nəticələri və digər obyektiv göstəriciləri nəzərə alınmaqla aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti