...

Ombudsman əməkdaşları 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq aparıb

Cəmiyyət Materials 3 Sentyabr 2015 14:27 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.
Ombudsman əməkdaşları 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq aparıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin və məhkumların hüquqlarının təmin olunması və sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə, o cümlədən yataqxanalarda, cərimə təcridxanasında, tibb-sanitar hissəsində, görüş yerlərində 40-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb və bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər, o cümlədən Yadigar Sadıqov şəraitdən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına, mətbəxinə və digər obyektlərə baxışlar zamanı saxlanılma şəraiti, tibbi yardım, qidalanma, içməli, isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, müvafiq təmir işlərinin aparılması müsbət dəyərləndirilib.

Başçəkmə çərçivəsində milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-nin daxili intizam Qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti