...

Türkiyə Azərbaycana zəlzələ ilə bağlı kömək göstərməyə hazırdır

Cəmiyyət Materials 4 Sentyabr 2015 12:39 (UTC +04:00)
Türkiyə Azərbaycana zəlzələ ilə bağlı kömək göstərməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinkinin rəsmi “twitter” səhifəsindəki məlumatda bildirilir.
Türkiyə Azərbaycana zəlzələ ilə bağlı kömək göstərməyə hazırdır

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxir Rufiz Hafizoğlu/

Türkiyə Azərbaycana zəlzələ ilə bağlı kömək göstərməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "twitter" səhifəsindəki məlumatda bildirilir.

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün saat 09.49-da Şəki ərazisində zələzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti