...

Azərbaycanda viza verilməsi və aviabiletlərin qiyməti ilə bağlı təkliflər paketi hazırlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 9 Sentyabr 2015 15:38 (UTC +04:00)
"Ölkə Prezidentinin turizmin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə verdiyi tapşırıqdan sonra 2-3 ulduzlu hotellərin tikilməsi, vizaların verilməsi və aviabiletlərin qiymətinə təsir edən konkret təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim edilib".
Azərbaycanda viza verilməsi və aviabiletlərin qiyməti ilə bağlı təkliflər paketi hazırlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ölkə Prezidentinin turizmin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə verdiyi tapşırıqdan sonra 2-3 ulduzlu hotellərin tikilməsi, vizaların verilməsi və aviabiletlərin qiymətinə təsir edən konkret təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə bildirib.

N.Səməfov deyib ki, təkliflərdə bu sahədə çalışan sahibkarlar üçün vergi güzəştlərinin tətbiq edilməsi, sahibkarlar tərəfindən çəkilən xərclərin dövlət tərəfindən ödənilməsi, 2-3 ulduzlu hotellərin tikilməsi ilə bağlı Sahibkarllığa Kömək Milli Fondunun mehmanxana seqmentinə daha çox diqqət ayırması öz əksini tapıb.

Nazir müavini qeyd edib ki, dünyada turizmin inkişaf etdiyi ölkələrin əksəriyyətində sahibkarlar üçün vergi güzəştləri tətbiq edilir: "Bəlkə də bizdə də bunu tətbiq etmək vaxtı çatıb".

N.Səmədov bildirib ki, artıq aviabiletlərin qiyməti ucuzlaşıb, biletlərin qiymətlərinin endirilməsi artıq Azərbaycana gəlmək üçün turizm paketinin qiymətlərinə də öz təsirini göstərib. Eyni zamanda, viza ilə bağlı Nazirlər Kabineti "Turizm şirkətlərinə viza vermək hüququ verən akkreditasiya qaydaları"nı təsdiqləyib: "Artıq 65 turizm şirkəti bu hüquqa malikdir. İnanırıq ki, bu, Azərbaycana çoxsaylı turistlərin gəlməsinə imkan verəcək".

O, əlavə edib ki, viza ilə bağlı dünya təcrübəsinə əsaslanmaqla hazırlanan təkliflər Xarici İşlər Nazirliyinə təqdim edilib.

Hotellərdə qiymətlərin bazar tərəfindən tənzimləndiyini deyən N.Səmədov bildirib ki, bəzi sahibkarlar Mədəniyyət və Turizm Nazirliyinin təkliflərini və tövsiyələrini nəzərə almaqla qiymətləri endiriblər: "Dövlət olaraq bu sahədə hansısa islahatlar da aparmalıyıq. Bununla bağlı da Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkliflər hazırlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti