...

İstirahət günündə Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Cəmiyyət Materials 12 Sentyabr 2015 12:44 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.
İstirahət günündə Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Trend-ə deyib ki, sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 13-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti