...

Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 13 Sentyabr 2015 14:43 (UTC +04:00)
Sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.
Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, gündüz şərq küləyi əsəcək, havanın hərarəti gündüz 25-30°, gecə 19-23° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 17-22°, gündüz 27-32°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti