...

Notarius olmaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 15 Sentyabr 2015 18:37 (UTC +04:00)
Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən vətəndaşların sənədlərinin qəbulu davam edir.
Notarius olmaq istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən vətəndaşların sənədlərinin qəbulu davam edir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notarius vakansiyalarının yaranması ilə əlaqədar notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbuluna cari ilin sentyabr ayının 1-dən başlanılıb və hazırda sənəd qəbulu davam edir.

Arzu edən şəxslər sənədlərini bütün iş günləri saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) təqdim edə bilərlər.

Əlavə məlumatları nazirliyin internet saytından (www.justice.gov.az), habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti