...

“Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsinin yekun konfransı keçiriləcək

Cəmiyyət Materials 16 Sentyabr 2015 14:55 (UTC +04:00)
Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsinin yekun konfransı keçiriləcək.
“Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsinin yekun konfransı keçiriləcək

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihəsinin yekun konfransı keçiriləcək. Konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbər və fəalları, mətbuat nümayəndələri iştirak edəcək.

Konfransın açılış mərasimində dövlət rəsmilərinin çıxışları, daha sonra isə layihənin hesabatı dinləniləcək. Konfransda 3 rayonda keçirilmiş təlimlər zamanı gənclər üçün aktual olan mövzular üzrə iştirakçılar tərəfindən verilmiş təkliflər səsləndiriləcək və bu təkliflər əsasında hazırlanan bəyannamə ictimaiyyətə çatdırılacaq. Sonda 3 ay davam edən layihənin video hesabatı təqdim olunacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Hüseynov qeyd edib ki, "ARGTMŞ daim yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycan gənclərinin qərarvermə prosessində iştirakına imkan yaratmışdır. Təşkilat tərəfindən bu istiqamətdə keçirilən tədbirlərdən biri olan "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihəsi çərçivəsində 3 regionda keçirilən teatr əsaslı təlimlər vasitəsilə gənclər təlimləndirilib və öz təkliflərini vermək imkanı əldə ediblər. Təkliflər əsasında hazırlanan bəyannamə Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinə təqdim olunacaq, bu bəyannamənin 25-28 sentyabr 2015-ci il tarixlərində Nyu-Yorkda keçiriləcək BMT sammitinə təqdim edilməsi üçün təklif ediləcək".

Konfrans 22 sentyabr 2015-ci il tarixində "ADA" Universitetinin akt zalında keçiriləcək. Konfransda www.youthvoice.nayora.az ünvanında qeydiyyatdan keçməklə iştirak etmək mümkündür.

Məlumat üçün qeyd edək ki, "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihəsi gənclərin potensialnını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınması məqsədilə həyata keçirilir. İyul ayında start verilən "Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə" layihənin təlimləri Lənkəran, İsmayıllı, Ağdam rayonlarında həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti