...

Sabah yağışlı hava olacaq

Cəmiyyət Materials 17 Sentyabr 2015 13:12 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah yağışlı hava olacaq

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Elmir Murad/

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 24-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti