...

Sabah Bakıda 30 dərəcə isti olacaq

Cəmiyyət Materials 22 Sentyabr 2015 12:56 (UTC +04:00)
Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Sabah Bakıda 30 dərəcə isti olacaq

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Elmir Murad/

Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abşeron yarımadasında havanın temperaturu gecə 18-22, gündüz 26-31, Bakıda isə gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfetr təzyiqi 759 millimetr civə sütünundan 762 milli metr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 23-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti