...

Azərbaycanda payızda "yay havası" davam edəcək

Cəmiyyət Materials 23 Sentyabr 2015 12:32 (UTC +04:00)
Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.
Azərbaycanda payızda "yay havası" davam edəcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 23-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti