...

Bayram günlərində gəzintiyə çıxmaq istəyənlərə xoş xəbər: mülayim isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 24 Sentyabr 2015 12:41 (UTC +04:00)
Azərbaycanda mülayim isti hava şəraiti bayram günlərində- sentyabrın 25 və 26-da da davam edəcək.
Bayram günlərində gəzintiyə çıxmaq istəyənlərə xoş xəbər: mülayim isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda mülayim isti hava şəraiti bayram günlərində - sentyabrın 25-i və 26-da da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksəkdir.

Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 25-də hava əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti