...

"Formula-1" yarışlarına AZƏRTAC-ın informasiya dəstəyi məsələsi müzakirə olunub

Cəmiyyət Materials 29 Sentyabr 2015 15:22 (UTC +04:00)
Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarına AZƏRTAC-ın informasiya dəstəyi məsələsi müzakirə olunub.
"Formula-1" yarışlarına AZƏRTAC-ın informasiya dəstəyi məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov ilə "Baku Grand Prix" şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarainin görüşü olub.

Görüşdə Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-pri yarışlarının əhəmiyyəti, bu mühüm idman hadisəsinə hazırlıq işlərinin və turnirin geniş işıqlandırılmasında AZƏRTAC ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Baş direktor A.Aslanov son illərdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirləri, o cümlədən "Eurovision-2012" mahnı müsabiqəsini və birinci Avropa Oyunlarını geniş işıqlandıran AZƏRTAC-ın bu sahədə yaxşı təcrübə qazandığını, "Formula-1"in Bakı yarışlarının da təbliğinə xüsusi önəm verdiyini qeyd etdi.

"Formula-1" Avropa Qran-pri yarışlarının Azərbaycanda təşkilinin əhəmiyyətini vurğulayan N.Arpadarai bu mühüm tədbirə hazırlıq işlərindən, turnirin ölkəmizdə və xaricdə təbliği istiqamətində nəzərdə tutulan tədbirlərdən, habelə bu sahədə AZƏRTAC ilə fəal əməkdaşlığın vacibliyindən danışdı. O, birinci Avropa Oyunlarını yüksək səviyyədə işıqlandıran AZƏRTAC-ın "Formula-1" Avropa Qran-pri yarışlarını da geniş təbliğ edəcəyinə əminliyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti