...

Oktyabrın ilk günündə 31 dərəcə isti

Cəmiyyət Materials 30 Sentyabr 2015 12:32 (UTC +04:00)
Sabah Bakıda havanın maksimal temperaturu 31 dərəcə isti olacaq.
Oktyabrın ilk günündə 31 dərəcə isti

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda havanın maksimal temperaturu 31 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 27-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 30-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə əsasən Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti