...

Bina sakinləri MİS-ləri tədricən əvəz etməlidir - TƏKLİF

Cəmiyyət Materials 1 Oktyabr 2015 10:12 (UTC +04:00)
Bina sakinləri Mənzil İstismar sahələrini (MİS) tədricən əvəz etməlidir.
Bina sakinləri MİS-ləri tədricən əvəz etməlidir - TƏKLİF

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elmir Murad/

Bina sakinləri Mənzil İstismar sahələrini (MİS) tədricən əvəz etməlidir. Bunu Trend-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, bu baş verərsə binalardakı bir sıra problemlər həllini tapmış olar: "O cümlədən istilik təchizatının verilməsi zamanı müqavilə imzalamaq daha asan olar".

Son dövrlər Azərbaycanda mənzil mülkiyyətçilərinin yaradılması məsələsinin aktuallaşdığını deyən İ.Mirzəliyev qeyd edib ki, bina sakinləri özləri yığışıb binanın idarəedicisini seçməlidirlər: "Çünki hər bir mənzil sahibi binada ümumi payda mülkiyyətçidir. Onlar özləri binanı idarə etməlidir. Saxlanması, təmiri və digər məsələləri özləri həll etməlidirlər. Tədricən mülkiyyətçilər yığışmalı və binanın real sahibləri olmalıdır. Biz də istilik verəndə binanın sahibləri ilə müqavilə bağlamalıyıq. Birbaşa fərdi müqavilə yoxdur, çünki bu mümkün deyil".

Mənzil mülkiyyətləri ilə bağlı ciddi problemlərin olduğunu vurğulayan qurum rəsmisi hesab edir ki, binanın hüquqi sahibinin olmaması vəziyyəti gərginləşdirən əsas amildir: "Bizim böyük problemimiz məhz mənzil mülkiyyətçiləri ilə bağlıdır. Məsələn, 4 min binaya istilik verəndə, həmin binada 160 min mənzil varsa, o mənzillərdən istilik almayanlar olur. Çünki mənzildaxili problem var. Niyə problem var? Çünki binanın bu dəqiqə hüquqi yiyəsi yoxdur ki, o binaya sahiblik etsin, müqavilə imzalayıb öz öhdəliyini yerinə yetirsin. Biz binaya istilik veririk, amma mənzildə problem varsa, bizim mülkiyyətimizdə olmadığı üçün ora müdaxilə edə bilmirik. Yəni burada artıq binanın real olaraq sahibi olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti