...

Xanlar Vəliyev: Hərbi Prokurorluq Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi üzrə tədbirlər görəcək

Cəmiyyət Materials 1 Oktyabr 2015 15:13 (UTC +04:00)
Oktyabrın 1-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 97-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Xanlar Vəliyev: Hərbi Prokurorluq Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi üzrə tədbirlər görəcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

Oktyabrın 1-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 97-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 97-ci ildönümü münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, təqaüddə olan veteranları Respublika Hərbi Prokurorluğunun rəhbərliyi və kollegiyası adından təbrik edib. O, xüsusilə vurğulayıb ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və gündəlik qayğısı nəticəsində mümkün olub.

X.Vəliyev xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün digər qurumları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrildiyini, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusunun yaradıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.

O bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə rolu və yeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən 1998-ci il 17 iyul tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən hadisədir.

Hərbi prokuror vurğulayıb ki, dövlət tərəfindən prokurorluq orqanlarına daim hərtərəfli diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsinə uyğun təkmilləşdirilməsində "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı, əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.

O, qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində mühüm işlər görülüb. Proqrama müvafiq olaraq, Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar və hüquqi təminat şöbəsi, xüsusi istintaq və maddi-texniki təminat şöbələri, eləcə də dövlətimizin başçısının müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılıb: "Digər hüquq-mühafizə orqanları kimi, Hərbi Prokurorluğun kollektivi də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin, Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsi, dövlət müstəqilliyimizin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində uğurlu nəticələr əldə edib və bütün mümkün tədbirlər bundan sonra da görüləcək".

O deyib ki, dövlət səviyyəsində göstərilən yüksək qayğının nəticəsi olaraq son illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində böyük işlər görülməklə bir neçə yeni inzibati bina tikilib və əsaslı təmir olunub. Bu bayram günündə də prokurorluq orqanlarının kollektivi üçün ən böyük hədiyyə bizə ölkəmizin rəhbəri və dövlət səviyyəsində göstərilən etimaddır deyən hərbi prokuror, dövlət başçısı İlham Əliyevin sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi prokurorluq işçilərinin sevincinə səbəb olub.

Prokurorluğa dövlət başçısı səviyyəsində göstərilən qayğı və fəaliyyətimizə verilən yüksək qiymətə görə hərbi prokurorluğun kollektivi adından Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirən X.Vəliyev əmin edib ki, Respublika Hərbi Prokurorluğu bundan sonra da öz işini göstərilən yüksək etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində öz səylərini əsirgəməyəcək.

Sonda hərbi prokuror, ədliyyə general-leytenantı X.Vəliyev xidmətdə fərqlənən bir qrup əməkdaşa medallar, fəxri fərmanlar və hərbi rütbələr təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti