...

Çətir götürməyi unutmayın!

Cəmiyyət Materials 4 Oktyabr 2015 13:11 (UTC +04:00)
Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Çətir götürməyi unutmayın!

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Temperatur gecə 16-19°, gündüz 22-25° isti təşkil edəcək.

Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 12-17°, gündüz 21-26° isti olacaq, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti