...

Bu marketlərdən ərzaq almayın (SİYAHI)

Cəmiyyət Materials 5 Oktyabr 2015 19:21 (UTC +04:00)
Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması istiqamətində tədbirlərini davam etdirir.
Bu marketlərdən ərzaq almayın (SİYAHI)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı:

Bakının Suraxanı rayonunda

- Əmircan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 3C ünvanında Samirə Qasımovaya məxsus mağazada;

Yasamal rayonunda

- Yeni Yasamal qəsəbəsində Vəli Qarayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Binəqədi rayonunda

- M.Ə.Rəsulzadə qəsəbəsi, M.Aydınbəyov küçəsi, 38 ünvanında Mürvət Vəliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda

- R.Tağıyev küçəsi, 59 ünvanında Coşqun Kazımova məxsus mağazada;

Abşeron rayonunda

- Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsi, 35 ünvanında Cavid Babayevə məxsus mağazada;

Neftçala şəhərində

- Nizami küçəsində Meyrənsə Xankişiyevaya məxsus mağazada;

Mingəçevir şəhərində

- M.V.Vidadi küçəsi, 4 ünvanında Vüsal Əzizova məxsus mağazada;

Zərdab rayonunda

- Körpükənd kəndində Gülnarə İsmayılovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülüb.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti