...

Avtomobil yollarına görə vəzifəli şəxslər cərimələnəcəklər

Cəmiyyət Materials 6 Oktyabr 2015 13:20 (UTC +04:00)
Azərbaycanda avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər.
Avtomobil yollarına görə vəzifəli şəxslər cərimələnəcəklər

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcklər.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti