...

Paytaxtin və ölkənin bir sıra bölgələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 7 Oktyabr 2015 09:15 (UTC +04:00)
Paytaxt Bakı şəhərinin və ölkənin bir sıra bölgələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Paytaxtin və ölkənin bir sıra bölgələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Paytaxt Bakı şəhərinin və ölkənin bir sıra bölgələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Şirvan, Oğuz, Cəlilabad, Ağcabədi rayonlarında və Bakı şəhərinin Xəzər rayonu Şüvəlan qəsəbəsində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə diametri 530 və diametri 219 mm-lik orta təzyiqli qaz xətlərinin üzərində RDUK-2H-200 qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar 07 oktyabr 2015-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək, Şirvan,Oğuz,Cəlilabad,Ağcabədi rayonlarının və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti