...

Əhali əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən 435 min dəfədən çox faydalanıb

Cəmiyyət Materials 7 Oktyabr 2015 17:06 (UTC +04:00)
Azərbaycanda vətəndaşlar cari ilin 9 ayında əmək müqaviləsi bildirişi ilə bağlı məlumat əldə edilməsi üzrə e-xidmətindən 437196 dəfə faydalanıb.
Əhali əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən 435 min dəfədən çox faydalanıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidməti vətəndaşlara onlarla bağlanan əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, istifadəyə verildiyi vaxtdan əhalinin ən çox istifadə etdiyi e-xidmətlərdən biri olan bu e-xidmətə müraciət edənlərin sayı mütəmadi olaraq artmaqdadır. Cari ilin sentyabr ayı ərzində "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən 81 118 dəfə istifadə olunub ki, bu da iyul ayı ilə müqayisədə 1,7 dəfə, avqust ayı ilə müqayisədə isə 2,2 dəfə çoxdur.

Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında həmin e-xidmətdən yararlanan şəxslərin sayı 437 196 nəfər təşkil edib.

Hər bir vətəndaş onunla bağlanmış əmək müqaviləsi bildirişi barədə məlumat əldə etmək istədikdə bunun üçün ilk növbədə "Elektron Hökumət" portalına (www.e-gov.az ) daxil olmalı və ƏƏSMN-in həmin e-xidmətini seçməlidir. Portaldan autenfikasiyadan keçənlər bu xidmətdən istifadə etmək imkanına malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti