...

Lənkəranda qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkarlanıb

Cəmiyyət Materials 9 Oktyabr 2015 13:23 (UTC +04:00)
Lənkəran şəhərində qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkar olunub.
Lənkəranda qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkarlanıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Elmir Murad/

Lənkəran şəhərində qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkar olunub.

Daxili işlər Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhər ərazisində Rövşən Qasımova məxsus mağazaya baxış zamanı 97 ədəd, Tərlan Məhərrəmova məxsus mağazaya baxış zamanı 39 ədəd və Ceyhun Cabbarova məxsus mağazaya baxış zamanı isə 66 ədəd Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən dini ədəbiyyatlar aşkar edilərək götürülüb.

Fakt Lənkəran Şəhər Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti