...

Spirtli içkilərlə bağlı hüquqpozma hallarının qarşısı alınıb

Cəmiyyət Materials 9 Oktyabr 2015 15:17 (UTC +04:00)
Azərbaycan Respublikasının aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilərin realizə olunmasının qarşısını alınıb
Spirtli içkilərlə bağlı hüquqpozma hallarının qarşısı alınıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilərin realizə olunmasının qarşısını alıblar.

Trend DGK Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhər sakini Zərgərov Sərhad Bəndalı oğlu saxlanılmış, onun idarə etdiyi "VAZ-21074" markalı, 20-BN-960 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonundan və yük yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 110 ədəd "Vodka TALKA" adlı 0,7 litrlik spirtli içki aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti