...

Mordoviyalı rektor BDU-dan razılıq etdi (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2015 17:48 (UTC +04:00)
N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetinin rektoru Serqey Mixayloviç Vdovin və prorektor Konstantin Aleksandroviç Leşankin Bakı Dövlət Universitetində (BDU) olub.
Mordoviyalı rektor BDU-dan razılıq etdi (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetinin rektoru Serqey Mixayloviç Vdovin və prorektor Konstantin Aleksandroviç Leşankin Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, universitetin rektoru, akademik Abel Məhərrəmovla görüşdə BDU ilə Mordoviya Dövlət Universiteti arasında imzalanmış anlaşma memorandumundan sonra həyata keçirilən işlərdən bəhs edib. Rektor AMəhərrəmov bildirib ki, memorandumdan ötən müddət ərzində birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətində səmərəli işlər görülüb.

Mordoviya Dövlət Universitetinin rektoru S.Vdovin, öz növbəsində, universitetlərarası əlaqələrdən məmnunluq ifadə edərək, təmsil etdiyi universitetin 10 tələbəsi və bir müəlliminin BDU-da, onun Quba və Altıağacda yerləşən tədris və təcrübə bazasında yerinə yetirdikləri layihələrin nəticəsindən məmnunluğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, tələbələrin təcrübə müddətini əks etdirən slayd nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti