...

Dövlət Proqramının sonuncu təqaüdçüləri hansı gənclər olacaq?

Cəmiyyət Materials 13 Oktyabr 2015 10:50 (UTC +04:00)
“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı"nın sonuncu təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir, onlar da tibb təhsili alan gənclərdir.
Dövlət Proqramının sonuncu təqaüdçüləri hansı gənclər olacaq?

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı"nın sonuncu təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir, onlar da tibb təhsili alan gənclərdir. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında çıxış edərkən deyib.

Nazir əlavə edib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" üzrə cari ildə 373 nəfər, ümumilikdə isə Proqramın qüvvədə olduğu 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır. Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olmuşdur. Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir:

"Məzunların işlə təminatı sahəsində təcrübə və karyera layihəsi icra olunur. Layihə çərçivəsində məzunlar bir neçə dövlət və özəl qurumlarda təcrübə keçməyə başlamışlar".

M.Cabbarov qeyd edib ki, proqramın cari ildə başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanmış və hazırda razılaşdırma mərhələsindədir. Yeni proqramda əvvəlki Dövlət Proqramının əhatə dairəsi genişləndirilmiş, əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali təhsil müəssisələrində tədrisə cəlb edilməsi, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti