...

Nazir: Kəndlərdə təhsildən yayınma hallarının əsas səbəblərindən biri...

Cəmiyyət Materials 13 Oktyabr 2015 10:54 (UTC +04:00)
Azərbaycanda kənd yerlərində qış aylarında təhsildən yayınma hallarının əsas səbəblərindən biri istilik təchizatının dayanıqlı olmaması ilə bağlıdır.
Nazir: Kəndlərdə təhsildən yayınma hallarının əsas səbəblərindən biri...

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda kənd yerlərində qış aylarında təhsildən yayınma hallarının əsas səbəblərindən biri istilik təchizatının dayanıqlı olmaması ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən iclasında çıxış edərkən deyib.

Nazir qeyd edib ki, regionlarda məktəblərin istilik məqsədləri üçün qazla təminatında bəzi problemlər qalmaqdadır. Bununla bağlı tərəfimizdən aidiyyəti qurumlar qarşısında bir neçə dəfə məsələ qaldırılmış, lakin yerli büdcələrdə vəsait çatışmazlığı səbəbindən problem həll olunmamış qalmışdır: "Yerləşdikləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə baxmayaraq, qaz sayğaclarının olmaması ucbatından 128 təhsil müəssisəsinin qazanxanasına qaz xəttinin çəkilməməsi səbəbindən 79 məktəb istiliklə təmin olunmamışdır. Nəticədə əziyyət çəkən uşaqlar olur. Müşahidələr göstərir ki, kənd yerlərində qış aylarında təhsildən yayınma hallarının əsas səbəblərindən biri istilik təchizatının dayanıqlı olmaması ilə bağlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti