...

Ünvanlı sosial yardıma ehtiyacı olanlar yeni metodla qiymətləndiriləcək

Cəmiyyət Materials 14 Oktyabr 2015 19:06 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardıma ehtiyacı olanların qiymətləndirilməsinin yeni metodunu tətbiq edəcək.
Ünvanlı sosial yardıma ehtiyacı olanlar yeni metodla qiymətləndiriləcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardıma ehtiyacı olanların qiymətləndirilməsinin yeni metodunu tətbiq edəcək. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Gələcəkdə ünvanlı sosial yardıma ehtiyacı olanların qiymətləndirmə kriteriyalarından biri onların mobil rabitə xidmətləri üzrə xərcləri olacaq. Bu, vahid elektron müraciət sisteminin təkmilləşdirilməsi və təyinatdan (VEMTAS) sonra mümkün olacaq.

MHM və nazirlik arasında təşkil ediləcək informasiya mübadiləsi quruma Sim-kart sahibinin cari və illik borcu barədə məlumat almağa, bu dövr ərzində onun sahib olduğu digər Sim-kartlar üzrə borc və xərclərini yoxlamağa imkan verəcək.

Bu prosesin avtomatlaşdırılması borcluların kredit qabiliyyətinin qiymətləndirilməsi baxımından banklara da maraqlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti