...

Umud Mirzəyev Vyanada Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin iclasında iştirak edəcək (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2015 16:09 (UTC +04:00)
Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin iclasında iştirak etmək üçün Vyanaya yola düşüb.
Umud Mirzəyev Vyanada Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin iclasında iştirak edəcək (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Sabah Vyanada Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin iclası öz işinə başlayır. Bu nüfuzlu təşkilatda idarə heyətinin üzvlərindən biri olan, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bu gün Vyanaya yola düşüb.

İdarə heyətinin görüşündə dünya mediası ilə bağlı bir sıra vacib məsələlər müzakirə olunacaq və bəzi hadisələrə aydınlıq gətiriləcək. BMİ-nin missiyası, məqsədləri, uzunmüddətli strategiyasına yenidən baxılacaq, təşkilatın yeni əlaqələri və əməkdaşlığı müzakirə olunacaq. Həmçinin 2016-cı ildə keçirilməsi nəzərdə tutulan BMİ-nin Dünya Konqresinə hazırlıqlar barədə idarə heyəti üzvləri fikirlərini səsləndirəcəklər. Ən vacib məsələlərdən biri də bu nüfuzlu təşkilata üzv olmağın yeni qaydaları təsdiqlənəcək, nizamnaməsinə yenidən baxılacaq.

Qeyd edək ki, BAMF sədri U.Mirzəyev BMİ-nin idarə heyətinin üzvü olmaqla yanaşı, bu təşkilatın Bakı Regional Təşəbbüs Mərkəzinin rəhbəridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti