...

Şagirdin müəlliməsini döyməsi ilə bağlı aparılan araşdırmanın nəticəsi açıqlandı

Cəmiyyət Materials 23 Oktyabr 2015 12:13 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xətai rayonu 95 saylı məktəbdə şagirdin müəlliməsini döyməsi ilə bağlı yayılan məlumatları araşdıraraq onun nəticəsini açıqlayıb.
Şagirdin müəlliməsini döyməsi ilə bağlı aparılan araşdırmanın nəticəsi açıqlandı

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Xətai rayonu 95 saylı məktəbdə şagirdin müəlliməsini döyməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar aparılan araşdırmaların nəticəsini açıqlayıb.

İdarənin sektor müdiri Arzu Tairquliyeva Trend-ə bildirib ki, Xətai rayonu 95 saylı məktəbdə şagirdin öz müəlliməsini döyməsi xəbəri öz təsdiqini tapmayıb: "Yayılan xəbər həqiqətə uyğun deyil. Məktəbdə müəllim və şagird arasında anlaşılmazlıq baş verib və elə həmin gün də aradan qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti