...

Azərbaycanda turizm sahəsində kadr hazırlığı dünya standartlarına uyğunlaşdırılacaq

Cəmiyyət Materials 26 Oktyabr 2015 20:41 (UTC +04:00)
Azərbaycanda turizm sahəsində kadr hazırlığı işinin dünya standartlarına daha çox uyğunlaşdırılması nəzərdə tutulur.
Azərbaycanda turizm sahəsində kadr hazırlığı dünya standartlarına uyğunlaşdırılacaq

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda turizm sahəsində kadr hazırlığı işinin dünya standartlarına daha çox uyğunlaşdırılması nəzərdə tutulur. Bunu Trend-ə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov deyib.

Rektorun sözlərinə görə, infrastrukturun qurulması və digər işlərlə yanaşı, kadr hazırlığının aparılması da turizm sahəsinin inkişafı üçün vacib olan əsas amillərdəndir: "Bu istiqamətdə müəyyən işlər görülüb. Artıq universitetin 1300-dən çox məzunu var. Bu say daha da artacaq".

C.Cəfərov qeyd edib ki, universitetin kampusunun yaradılması planlaşdırılsa da, bununla bağlı indi konkret fikir söyləmək çətindir: "Bir neçə variant üzərində iş gedir. Yəqin ki, yaxın vaxtlarda yerin ayrılması ilə bağlı qərar olacaq. Kampus Bakıdan kənarda olacaq. Kampus üçün bir neçə yer nəzərdə tutulub. Ancaq onun harada olacağı barədə qəti fikir söyləyə bilmərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti