...

Qızıl payız Trend-in FOTOOBYEKTİVİNDƏ

Cəmiyyət Materials 28 Oktyabr 2015 10:34 (UTC +04:00)
Payız gəlir. Yarpaqların xəzan olduğu, təbiətin min-bir gözəlliyə büründüyü romantikanın fəsli.
Qızıl payız Trend-in FOTOOBYEKTİVİNDƏ

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Payız gəlir. Yarpaqların xəzan olduğu, təbiətin min-bir gözəlliyə büründüyü romantikanın fəsli.

Təbiətin hələ tam boza bürünmədiyi, qışınsa qapıda gözlədiyi bir zamandır payız.

Bu, təbiətin qızıl dövrüdür. Ona qızıl payız da deyirlər. Qızılı rəngdə xəzanların ayaqlarımıza dolaşdığı zamandı payız...

Yağış, saralmış yarpaqlar, gözəl təbiət mənzərələri, narın yağan yagmurdan sonra burnumuza gələn torpaq qoxusunu bəzən sözlə belə ifadə etmək olmur.

Payız bərəkət fəslidir. Payız həm də arzuların, xəyalların fəslidir. Payızda təbiət büründüyü rəngarəngliyi ilə qəlbləri riqqətə gətirir...

Trend az qala hər bir rəngə rast gəldiyimiz xəzan payız görüntülərini oxucularına təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti