...

Xəbərdarlıq: Sabahdan hava soyuyacaq

Cəmiyyət Materials 6 Noyabr 2015 15:04 (UTC +04:00)
Yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir.
Xəbərdarlıq: Sabahdan hava soyuyacaq

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah axşamdan başlayaraq ölkə ərazisində hava soyuyacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Trend-ə bildirib ki, noyabrın 7-si axşamdan noyabrın 11-i gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağıntının dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimal edilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti