...

Azərbaycanın bəzi ərazilərində intensiv yağış yağacaq

Cəmiyyət Materials 7 Noyabr 2015 12:37 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağış yağacaq.
Azərbaycanın bəzi ərazilərində intensiv yağış yağacaq

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində intensiv yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacaq.

Noyabrın 8-də Azərbaycanın bölgələrinin bəzi yerlərində yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərində duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti