...

"Oğlanlara Zəhra, qızlara Məhəmməd adının qoyulması halları yoxdur"

Cəmiyyət Materials 17 Noyabr 2015 17:59 (UTC +04:00)
Artıq paralel şəkildə həm qızlara, həm də oğlanlara verilə bilən adlar zaman keçdikcə daha çox qızlara qoyulur.
"Oğlanlara Zəhra, qızlara Məhəmməd adının qoyulması halları yoxdur"

Bakı. İlhamə İsabalayeva - Trend:

Artıq paralel şəkildə həm qızlara, həm də oğlanlara verilə bilən adlar zaman keçdikcə daha çox qızlara qoyulur. Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, Arzu, Məhəbbət, Pərvin, İntizar və s. adlar 1950-1960-cı illərdən indiyədək həm oğlanlara, həm də qızlara qoyulur. Lakin son dövrlərdə Arzu adı daha çox qızlara, arzu mənasında isə oğlanlara Amal adı qoyulur. Məhəbbət adı oğlanlara, İntizar adı qızlara verilir.

S.Sadıqova deyib ki, son illər ərzində uşaqlara qoyulan adların hamısı Ədliyyə Nazirliyinin saytında qeydiyyatdan keçib: "Sayta baxdıqda görürsən ki, orada oğlanlara Zəhra, qızlara isə Məhəmməd adının qoyulması halları yoxdur. Bu barədə yayılan məlumatlar yanlışdır. Çünki belə hallara qətiyyən imkan verilmir".

Sədr müavini əlavə edib ki, artıq 2010-cu ildən sonra uşaqlara ad qoyularkən Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) şöbələrində valideynlərə müəyyən tövsiyələr verilir. Buna görə də belə hallara yol verilə bilməz: "Dünən bizə bir vətəndaş müraciət etdi ki, uşağının adını Ayasofya qoymaq istəyir. Ayasofya isə "Böyük kilsə" deməkdir. Biz əsaslı şəkildə izah etdik ki, Sofiya adını qoymaq olar, bu ad müdriklik mənasındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti