...

Azərbaycanda məktəbə gec gedən uşaqların sayı açıqlandı

Cəmiyyət Materials 18 Noyabr 2015 17:13 (UTC +04:00)
2015-2016-cı tədris ilində Azərbaycanda məktəbə 1 il gec gedən uşaqların sayı müəyyənləşdirilib.
Azərbaycanda məktəbə gec gedən uşaqların sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

2015-2016-cı tədris ilində Azərbaycanda məktəbə 1 il gec gedən uşaqların sayı müəyyənləşdirilib.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, 2015-2016-cı tədris ilində 7 yaşı tamam olmuş 15 min uşaq (15.09.2015 tarixinədək) 1-ci sinfə qəbul olunub.

Qurumdan deyilib ki, Təhsil Nazirliyində məktəbdə təhsil alan şagirdlər haqqında elektron məlumat bazası (TİMS) var. Ancaq 6 yaşı olan və məktəbə gəlməyən uşaqlar haqqında məlumatı yalnız Ədliyyə Nazirliyinin doğum haqqında şəhadətnamələrinin toplandığı baza ilə Təhsil Nazirliyinin TİMS-ümumtəhsil bazasını müqayisə etməklə müəyyənləşdirmək mümkündür. Hazırda bu bazaların əlaqələndirilməsi üçün Ədliyyə Nazirliyi ilə birgə işlər aparılır.

Xatırladaq ki, 2015-2016-cı tədris ilində Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfində 150 mindən çox şagird təhsil alır.

Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na görə, 6 yaşı dekabrın 31-dək tamam olan uşaqlar da müsahibə əsasında I sinfə qəbul oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti