...

Azərbaycanda QHT-lərlə bağlı yeni qaydalar təsdiqlənib

Cəmiyyət Materials 20 Noyabr 2015 10:15 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nı təsdiq edb.
Azərbaycanda QHT-lərlə bağlı yeni qaydalar təsdiqlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Nazirlər Kabineti "Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası"nı təsdiq edb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, müqavilələr bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalıdır.

Müqavilənin qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olmadıqda Ədliyyə Nazirliyi 15 gün müddətində müqaviləni qeydiyyata alır.

Ədliyyə Nazirliyi araşdırma nəticəsində çatışmazlıqlar aşkar etdikdə, ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, Ədliyyə Nazirliyi tərəfindən aşkar edilmiş çatışmazlıq bu qaydanın müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda müqavilələrin qeydiyyata alınmasından imtina edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti