...

Kərəm Həsənov Göyçayda vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 23 Noyabr 2015 10:17 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Göyçay rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək.
Kərəm Həsənov Göyçayda vətəndaş qəbulu keçirəcək

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Göyçay rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 27 noyabr 2015-ci il tarixində Göyçay rayonunda vətəndaş qəbulu keçiriləcəkdir. Qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi:
(02021) 3-02-56, (02021) 3-02-76

Məqalədə:
Xəbər lenti

Xəbər lenti